İsveçrə millisinin baş məşqçisi Murat Yakın AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Şotlandiya yığması ilə oyunu (1:1) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, şotland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Şotlandiya yığmasına özünə gəlmək gərək idi. Əzginliyə qapıldılar, qürurları xələl gördü. Biz təzyiq gözləyirdik və güman edirdik ki, meydanın mərkəzindəki məkanı bağlayacaqlar. Oyunda qalib gələ bilərdik, amma şotlandlar da imkanlar yaratdılar”, deyə Murat Yakın bildirib.
2-ci turdan sonra Almaniya yığması 6 xalla “A” qrupuna başçılıq edir. İsveçrə yığması 4 xalla 2-ci, Şotlandiya yığması 1 xalla 3-cü yerdə qərarlaşıb. Xalsız Macarıstan yığması isə sonuncu, 4-cü yerdədir.
Vurğulayaq ki, Macarıstan yığması üzərində qələbə ilə Almaniya yığması yarışın ələmə mərhələsinə – 1/8 finala vəsiqəni təmin etmiş ilk komanda olub.


