İsveçrə millisinin baş məşqçisi Murat Yakın AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Şotlandiya yığması ilə qarşıdakı oyun haqda danşıb.
Arena.az məlumat verir ki, türkəsilli isveçrəli mütəxəssis bu barədə oyunöncəsi mətbuat konfransında açıqlama verib:
“Şotlandiya yığması çox yaxşı oynaya bilər. Biz özümüzə çox güvənirik, amma bizə gözlənilməzlik bəxş etmək üçün bu oyuna yaxşı hazırlaşdıqlarını düşünürük. Onlar qarşılıq göstərməlidirlər və ümidvaram ki, planlaşdırdığımız kimi oynaya bilərik.
Macarıstan yığması ilə oyundan əvvəl, yoldaşlıq görüşlərindən sonra müəyyən düzəlişlər etdik. Biz adətən topa çox sahib olmaqla oynayırıq, amma özümüzü daha güclü etmək üçün bir neçə xüsusu dəyişmişik. Görək, bu, Şotlandiya yığmasına qarşı işləyirmi? Mən oyunu səbirsizliklə gözləyirəm. Keçən dəfə stadionda gözəl ab-hava vardı, sizi dəstəkləyən çoxlu azarkeş olanda isə çox gözəldir.
Topla çox çalışmalıyıq. Biz sadəcə futbol oynaya bilmərik. Biz qaçmalıyıq. Şotlandiya yığması ilə oynayanda onların nəyə qadir olduğunu bilməlisən. Toparlanmalı və diqqətimizi cəmləməliyik. Çox çalışmaq və oyunun axarına düşmək gərəkdir. Bunun bizim üçün asan olacağını düşünmürəm”, deyə Murat Yakın vurğulayıb.
Xatırladaq ki, Şotlandiya – İsveçrə oyunu bu gün, iyunun 19-da Kölnün “Reyn Energi” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
1-ci turdan sonra İsveçrə yığması 3 xalla “A” qrupunda 2-ci, xalsız Şotlandiya yığması isə sonuncu, 4-cü yerdə qərarlaşıb. Qrupa 2 oyundan 6 xal toplamış, AÇ-2024-ün ev sahibi Almaniya yığması başçılıq edir. 2 oyundan 2 məğlubiyyət almış Macarıstan yığması müvəqqəti olaraq 3-cü pillədədir.


