Madrid “Real”ının və İspaniya yığmasının universal müdafiəçisi Naço Fernandes klubla müqaviləsinin müddətini uzadacağını təsdiqləyib.
Arena.az xəbər verir ki, bu barədə Fernandes COPE-yə açıqlamasında öz məlumat verib:
“Mən klubum və ailəmlə əl-ələ gedirəm. Başqa klublardan təkliflər həmişə var. Amma mən daha bir il qalmaq qərarına gəldim. Mən buna çox şadam”.
Xatırladaq ki, Naço Fernandes “Real”ın yetirməsidir. O, 2001-ci ildən bu klubun strukturundadır. Müdafiəçinin əsas komandada debütü 2011-ci ilə təsadüf edir.
Naço 2022/2023 mövsümündə “Real”ın heyətində 44 oyuna çıxıb, 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
Vurğulayaq ki, 33 yaşlı müdafiəçi gələn mövsümdə kapitan sarğısını daşıyacaq.
“Transfermarkt” internet-portalı Naço Fernandesi 6 milyon avro məbləğində qiymərləndirir.


