Namiq Ələsgərov məhsuldar ötürmə etdi, “Bursaspor” qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 28-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də Ələsgərov verib.

“Bursaspor” 23 turdan sonra 23 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: