Namiq Ələsgərov oynadı, “Bursaspor” evdə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.

“Bursaspor” 18 turdan sonra 18 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: