Nazarov oynamadı, komandası 3 cavabsız qolla uduzdu

Futbol üzrə Almaniya 3-cü liqasında 35-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Duysburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bu, “Ersgebirge”nin cari mövsümdə 16-cı məğlubiyyətidir. Aue təmsilçisi geridə qalan 35 turda 12 qələbə qazanıb, 7 heç-heçə edib. Komanda hazırda 43 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Nazarov isə cari mövsümdə meydana çıxdığı 30 oyunda 10 qol vurub, 8 sarı vərəqə ilə cəzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: