“Neftçi” “Beşiktaş” səddini keçə bilmədi

“Neftçi” bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” komandası ilə cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, paytaxt klubu güclü rəqibi ilə bu dəfə səfərdə qarşılaşıb.

“Ağ-qaralar” Türkiyə nəhənginə Bakıdakı oyunda 1:3 hesabıyla məğlub olmuşdu. Bu üzdən Azərbaycan təmsilçisinin İstanbuldakı oyunda mərhələ adlaması demək olar ki, mümkünsüz görünürdü. Lakin Adrian Mutunun komandası möcüzəni gerçəkləşdirməyə çalışıb. Səfər matçında hesabı da məhz Bakı təmsilçisi açıb və ilk yarını üstün tamamlayıb. Amma fasilədən sonra iki qol vuran “Beşiktaş” əzmkar qələbə qazanıb və mərhələ adlayıb. “Neftçi” isə avrokuboklarda mübarizəni dayandırıb.

Qeyd edək ki, “Beşiktaş” pley-offda “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust

“Beşiktaş” – “Neftçi” 2:1
Qollar: Vensan Abubakar, 57. Cekson Muleka, 71 – Emin Mahmudov, 36.
Baş hakim: Yulian Vaynberger (Avstriya).
İstanbul. “Beşiktaş Arena”.
İlk oyun – 3:1.

Beşiktaş: 34. Mert Günok, 24. Valentin Rozye, 20. Necip Uysal (k), 12. Daniel Amarti, 77. Umut Meraş (26. Artur Masuaku, 46), 71. Jan Onana (19. Amir Hacıahmetoviç, 46), 21. Demir Tıknaz (8. Salih Uçan, 77), 83. Jedson Fernandes, 90. Semih Kılıçsoy (4. Onur Bulut, 49), 7. Ante Rebiç (10. Vensan Abubakar, 46), 40. Cekson Muleka.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 9. Cenk Tosun, 17. Kerem Kesgin, 23. Kartal Yılmaz, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.
Neftçi: 1. İvan Brkiç, 5. Kenni Sayef (19. Azər Salahlı, 79), 4. Mark Tamaş, 44. Yuri Matias, 99. Ervin Koffi, 10. Filip Ozobiç (17. Rəhman Hacıyev, 64), 8. Emin Mahmudov (k), 23. Ataa Caber, 11. Kilan Lebon, 25. Aaron Olanare (77. Yeqor Boqomolski, 69), 9. Andre Şinyaşiki (21. İsmayıl Zülfüqarlı, 79).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov. 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 27. Fərid Yusifli.
Baş məşqçi: Adrian Mutu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: