PSJ-nin hücumçusu Neymar Braziliyadakı mülkündə qanunsuz üsulla süni gölməçə yaratdığına görə 3,3 milyon dollar cərimələnib.
Arena.az bu barədə “Qlobo”ya istinadən xəbər verir.
Neymarın torpağı Rio-de-Janeyro ştatının cənub sahilində Manqaratiba ərazisində yerləşir. Ulduz futbolçu tikintisində qanun pozuntularına yol verməklə süni gölməçə və üzgüçülük sahəsi inşa etdiyinə görə səlahiyyətli orqanlar tərəfindən 16 milyon real (təxminən 3,3 milyon dollar) cərimələnib.
Yerli prokurorluğun məlumatına görə, futbolçu işə müvafiq lisenziyasız başlayıb və lazımi ekoloji nəzarəti həyata keçirməyib. Bundan əlavə, o, həm də “torpağın yerdəyişdirilməsi” və “bitki örtüyünün məhv edilməsi” maddələri ilə ittiham olunur.
Bundan əvvəl yerli təbiəti mühafizə xidmətləri anonim siqnal əsasında Neymarın əmlakını yoxlamış və çaydan suyun icazəsiz nəqli də daxil olmaqla, ekoloji standartların pozulması hallarına yol verildiyini bildirmişdilər.
Daha sonra yerli səlahiyyətli orqanlar su anbarından və çimərlik zonasından istifadəni qadağan etmək qərarına gəliblər, ərazi lentlə əhatələnib və müvafiq elanlar yerləşdirilib.
Bir neçə gün sonra Neymar qadağaları pozaraq gölməçədə çimib və fotolarını sosial şəbəkələrdə yerləşdirib.
İndi Neymarın yerli hakimiyyətin qərarına etiraz etmək üçün 20 gün müddəti var.
/i.s3.glbimg.com/v1/AUTH_b0f0e84207c948ab8b8777be5a6a4395/internal_photos/bs/2023/3/2/k9mgUHTB2LZ6tZIvWBKw/whatsapp-image-2023-06-22-at-18.11.20.jpeg)
/i.s3.glbimg.com/v1/AUTH_b0f0e84207c948ab8b8777be5a6a4395/internal_photos/bs/2023/j/D/383R0tQ0iJG9WZYxTLag/neylago.jpg)


