“Fiorentina”nın 24 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Nikolo Facoli qanunsuz mərc qoyuluşları ilə bağlı təhqiqat haqda söhbət açıb.
Arena.az xatırladır ki, daha əvvəl Nikolo Facoli müvafiq qeyri-qanuni əməlinə görə, müddəti 2024-cü ilin may ayında başa çatmış yeddi aylıq cəza ilə üzləşmişdi.
“Mən haqq-ədalət qarşısındakı öz borcumu ödəmişəm. Mühakimə və cəza ilə, müntəzəm və haqlı alçalma ilə, utanc hissi ilə, hansını ki, mən hiss edir və heç vaxt ayağa qalxa bilməyəcəyim təhlükə ilə üz-üzə idim. Mən insanlara öz xəstəliyim (qumar aludəçiliyi) barədə danışdım, ciddi xəstəliyim, məktəblərdə, öz ailəmdə, öz dostlarıma və mətbuata. O mətbuata ki, mütəmadi olaraq mənim xəstəliyimlə bağlı ciddi fəsadları və onların müalicə üsullarını qaldırır, amma bu gün məni yenə də diqqət mərkəzinə qoyur. Mən, düzgün etmədiyim bir işin əzab yükünü daşımışam. Mənə inanmış bütün adamların inamını sarsıtmışam.
İndi, mən kütləvi informasiya vasitələrindəki bütün bu səs-küyü görəndə, yenidən o anları yaşayıram. Mən səhv etmişəm, bunun bədəlini ödəmişəm və mənim yenidən ayağa qalxmağa tam haqqım var. Hər kəs yıxıla və səhv edə bilər. Bunu necə müəyyən etmək vacibdir, mən isə inanıram ki, insanın gücü ayağa qalxmaq bacarığındadır. Hadisə zamanı mənim 19 yaşım vardı və mənim qumara aludəliyim üstün gəldi. Mən bu barədə təəssüfləndim, amma həyat mənə ikinci fürsəti verdi, mən isə bundan istifadə etmək istərdim. Belə ki, mən nail olmalı olduğum hər şeyə artıq nail olmuşam.
Mən hörmət haqda indi xahiş edirəm, məhkəmə qarşısında dayandıqdan sonra, ədalətli hökmü qəbul etdikdən sonra. Mən bütün həmkarlarımdan üzr istəyirəm, bütün dostlarımdan. Hansılar ki, mənim səhvlərim ucbatından qeyri-iradi olaraq bu işə bulaşıblar və adları hallandırılıb – olsun ki, lap elə, qəzet sətirlərində – bu vəziyyətdə ancaq ona görə ki, mənə kömək ediblər”, – deyə Nikolo Facoli qeyd edib.
Xatırladaq ki, İtaliyada, qanunsuz oyun platformalarında mərc qoyuluşları etməkdə şübhəli bilinən futbolçuların qeyri-qanuni əməlləri üzrə təhqiqat davam edir.
Qumarbaz futbolçuların yenilənmiş siyahısına isə Ueston Makkenni (“Yuventus”), Mattia Perin (“Yuventus”), Anxel Di Mariya (“Benfika”), Leandro Paredes (“Roma”), Alessandro Florentsi (“Milan”), Nikolo Zaniolo (“Qalatasaray”) kimi tanınmış oyunçular, həmçinin digərləri düşüblər.
Vurğulanır ki, bu futbolçuların heç də hamısı qeyri-qanuni oyun müstəvilərində mərc qoyuluşları etməyiblər. Bəzi futbolçular təhqiqat altına onlayn-poker və kazino oyunlarında oynadıqları üçün düşüblər. Bu qəbildən olan futbolçuların cəzalanacağı isə inandırıcı deyil. Qanuna gözə onlar mütləq məbləği 20 min avro təşkil edəcək cərimə ödəməyə mükəlləf ediləcəklər.
Xatırladaq ki, Nikolo Facoli “Yuventus”un futbolçusu olsa da, bu ilin əvvəlindən “Fiorentina”da icarə əsasında çıxış edir. O, mövsümün sonunda yenidən Turin klubuna qayıtmalıdır.


