Ömer Erdoğan Super Liqa klubundan istefa verdi

Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” komandasının baş məşçqisi Ömer Erdoğan istefa verib. Arena.az xəbər verir ki, o, Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində baş tutan “Fatih Karagümrük”lə matçdan sonra postundan ayrıldığını açıqlayıb.

Buna komandanın sözügedən matçda 0:2 hesablı məğlubiyyəti səbəb olub. Son beş matçda üçüncü yenilginin ardından baş məşqçi postundan ayrılmağa qərar verib.

Ömer Erdoğan 2022-ci ilin avqust ayında “Ankaragücü” komandasının baş məşqçisi təyin olunmuşdu. 45 yaşlı mütəxəssis bu komandanı 21 oyunda meydana çıxarıb. Ankara təmsilçisi bu görüşlərdə 9 qələbə qazanıb, 9 məğlubiyyətlə üzləşib, 3 oyunda isə heç-heçə edib.

Erdoğan daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da da baş məşqçi olub.

“Ankaragücü” 21 turdan sonra 22 xalla 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: