Ozan Can Kökçü “Herakles”ə qarşı 84 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 22-ci turu çərçivəsində baş tutan “Herakles”lə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşün ilk dəqiqələrindən meydanda olub və 84-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” 22 oyuna topladığı 39 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: