Ozan Can Kökçü üçün 32 dəqiqə, 1 qol və 1 xal

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 33-cü çərçivəsində keçirilmiş lider “Venlo” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşün 58-ci dəqiqəsində meydana buraxılıb. Komandasının ikinci qolunu da 68-ci dəqiqədə millimizin futbolçusu vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.

“Eyndhoven” cari mövsümdə keçirdiyi 33 oyuna 51 xal toplayıb və 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: