Paolo Zanetti “Empoli”dən qovuldu

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Empoli” komandasının baş məşqçisi Paolo Zanetti istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi bu komandanın A Seriyasının 4-cü turunda “Roma”ya 0:7 hesablı biabırçı məğlubiyyətini baş məşqçiyə bağışlamayıb.

Xatırladaq ki, “Empoli” bu mövsüm keçirdiyi əvvəlki üç oyundan da məğlubiyyətlə ayrılmışdı. Hazırda xalsız olan komanda 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Paolo Zanetti 2022-ci ilin iyun ayından “Empoli”yə rəhbərlik edirdi. O, bu müddətdə komandanı 44 oyuna çıxarıb. Zanettinin dövründə 10 qələbə qazanmış komanda 13 heç-heçə edib, 21 məğlubiyyətə üzülüb. Hətta qola da həsrət olan “Empoli” öz qapısından 12 cavabsız top buraxıb.

Zanetti daha öncə “Venesiya”, “Askoli”, “Südtirol” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Artıq “Empoli”nin yeni baş məşqçisi də məlumdur. Klub rəhbərliyi əvvəllər də bu komandanı çalışdırmış Aurelio Andreassolini baş məşqçi postuna gətirib. 69 yaşlı italyan mütəxəssislə müqavilə mövsümün sonuna – 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulub.

Aurelio Andreassoli daha öncə üç dəfə “Empoli”yə baş məşqçi təyin olunub. O, 2017-ci ilin dekabrından 2018-ci ilin noyabrına (35 oyun), 2019-cu ilin martından həmin ilin iyununa (11 oyun), 2021-ci ilin iyunundan 2022-ci ilin iyununa (41 oyun) bu komandaya rəhbərlik edib. O, “Roma”, “Cenoa”, “Ternana”, “Udineze”, “Alessandriya”, “Qrosseto”da da çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: