Premyer Liqa: 5-ci tura Masazırda start verilir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Sabah” “Turan Tovuz”la üz-üzə gələcək.

Masazırda baş tutacaq bu qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.

“Sabah”la “Turan Tovuz” indiyə qədər 4 oyunda üz-üzə gəliblər. Ötən mövsüm baş tutan bu oyunlarda paytaxt təmsilçisi 3, Tovuz klubu 1 dəfə qələbəyə sevinib. Son üç oyunda qonaq komanda quru hesabla qalib gəlib. Bu il keçirilən iki matçda eyni sayda – 2 qol vurulub.

Xatırladaq ki, hazırda Azərbaycan Premyer Liqasında 4 turdan sonra maksimum nəticə göstərən “Zirə” 12 xalla vahid liderdir. “Sumqayıt” və “Qarabağ” isə 7 xalla 2-3-cü pillələri bölüşdürürlər. “Turan Tovuz” bu mövsüm 6, “Sabah” isə 4 xal toplayıb.

Premyer Liqa
5-ci tur
1 sentyabr

“Sabah” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Əlincə Arena”, 19:00.

2 sentyabr

“Qəbələ” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmməov.
“Sumqayıt Arena”, 20:30.

3 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu, 17:00.

“Səbail” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bayıl Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: