Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, 5-ci turun qarşılaşmaları 1-3 sentyabr aralığında baş tutacaq.
Tura “Sabah” – “Turan Tovuz” oyunu ilə start veriləcək. Şənbə günü “Qəbələ” – “Zirə” və “Sumqayıt” – “Neftçi” matçları keçiriləcək. “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” oyunları isə sonuncu günə təsadüf edəcək.
Premyer Liqa
5-cu tur
1 sentyabr
“Sabah” – “Turan Tovuz”
Masazır. “Əlincə Arena”, 19:00.
2 sentyabr
“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 18:00.
“Sumqayıt” – “Neftçi”
“Sumqayıt Arena”, 20:30.
3 sentyabr
“Kəpəz” – “Araz-Naxçıvan”
Gəncə şəhər stadionu, 17:00.
“Səbail” – “Qarabağ”
“Bayıl Arena”, 19:30.


