Premyer Liqa: Bu gün 3-cü tura start verilir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçı Gəncədə keçiriləcək. Burada yerli “Kəpəz” digər qərb təmsilçisi “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.

Bu komandalar əvvəlki turlarda hərəyə 1 məğlubiyyət və 1 qələbə görüblər. 3 xala malik komandalar turnir cədvəlində də qonşudurlar: 5 və 6-cı pillədə qərarlaşıblar.

“Kəpəz”lə “Turan Tovuz” indiyə qədər cəmi 4 oyunda üz-üzə gəliblər. Əvvəlki oyunlarda meydan sahibi olan komanda qol buraxmayıb. Bu matçların heç birində ikidən çox qol qeydə alınmayıb. Bir oyun heç-heçə bitib, bir oyun “Kəpəz”in, iki iki oyun da “Turan Tovuz”un qələbəsiylə yekunlaşıb.

Premyer Liqa
3-cü tur
18 avqust

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu, 17:00.

19 avqust

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.

“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 20:00.

20 avqust

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Azərsun Arena”, 18:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabbarov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Masazır. “Bank Respublika Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: