Premyer Liqa: Lider “Zirə” “Sabah”ı sınağa çəkir

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutacaq.

“Turan Tovuz” doğma meydanda “Səbail”lə üz-üzə gələcək. Nəhayət doğma meydana qayıdan Tovuz təmsilçisi azarkeşlərinin də dəstəyi ilə “dənizçilər”i məğlub etməyə çalışacaq. Rəqibin mövsümə çox uğursuz başlaması da “Turan Tovuz”un lehinə işləyir.

“Səbail” “Turan Tovuz”a heç vaxt qalib gələ bilməyib. Bu komandalar arasında indiyə qədər keçirilmiş 4 oyundan 3-ü bərabərliklə bitib. Daha bir oyun isə tovuzluların qələbəsiylə yekunlaşıb. Son üç oyunda qollu heç-heçə qeydə alınıb. “Turan Tovuz” bu rəqibinə bütün matçlarda qol vurub.

Günün digər oyunu “Zirə” ilə “Sabah” arasında baş tutacaq. Əvvəlki oyunlarının hamısından qalib ayrılmış zirəlilər uğurlu seriyanı ötən mövsümün sürpriz komandası “Sabah”la oyunda da davam etdirməyə çalışacaqlar.

“Zirə” ilə “Sabah” indiyə qədər 19 oyunda qarşılaşıblar. 4 oyunda “Zirə”, 9 matçda “Sabah” qalib gəlibsə, tərəflər 6 dəfə xalları ayrı bölüblər.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” görüşləri son oyun günündə baş tutacaq.

Premyer Liqa
4-cü tur
25 avqust

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Dalğa Arena”, 20:00.

26 avqust

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 17:00.

“Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

27 avqust

“Neftçi” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi Arena”, 18:30.

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı. “Azersun Arena”, 20:45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: