Premyer Liqa: “Qəbələ”dən Tovuzda əzmkar heç-heçə

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Turan Tovuz” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Fasiləyə qədər qapılara qol vurulmayıb. İlk saatın sonlarında meydan sahibləri ardıcıl iki qol vurublar. Amma ruhdan düşməyən “Qəbələ” də matçın sonuna yaxın ardıcıl iki qol vurmaqla hesaba tarazlıq gətirməyi bacarıb. Yekunda tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.

Xatırladaq ki, turun son matçında “Qarabağ” “Sabah”la üz-üzə gələcək. Bu gün baş tutacaq oyuna saat 19:30-da start veriləcək.

Daha öncə “Zirə” “Sumqayıta” (1:0), “Araz-Naxçıvan” “Neftçi”yə (1:0), “Səbail” isə “Kəpəz”ə (3:0) qalib gəlib.

Premyer Liqa
6-cı tur
17 sentyabr

“Turan Tovuz” – “Qəbələ” 2:2
Qollar: Fərid Nəbiyev, 56. Belaydi Pusi, 59 – Osama Xalayla, 71; 78-pen.
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu, 16:30

Turan Tovuz: 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 6. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Məşqçi: Xaqani Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: