Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutacaq.
Günün yeganə matçı Tovuzda baş tutacaq. Burada “Turan Tovuz” özündən fərqli uğurlu mövsüm keçirən “Zirə” ilə üz-üzə gələcək. Bu, sözügedən komandaların 6-cı görüşü olacaq. Əvvəlki 5 oyunda tovuzlular 1, zirəlilər 4 qələbə qazanıblar. “Zirə” bütün oyunlarda qol vurub. “Turan Tovuz” evdə xal qazanmayıb.
Xaldan söz düşmüşkən, Tovuz təmsilçisi bu mövsüm topladığı 16 xalla hazırda 8-ci pillədə qərarlaşıblar. “Zirə” isə 29 xalla ikincidir. Lakin Rəşad Sadıqovun çalışdırdığı kollektiv son üç turda (2 heç-heçə, 1 məğlubiyyət) qələbəyə həsrətdir. “Turan Tovuz” isə 5 oyundur qələbə qazana bilmir. Bu turlarda cəmi 1 heç-heçəsi olan Ayxan Abbasovun komandası 4 dəfə də məğlubiyyətə üzülüb.
Premyer Liqa
17-ci tur
14 dekabr
“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Georgi Papunaşvili, 43 – Roi Kehat, 20.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:30
15 dekabr
“Səbail” – “Qəbələ” 3:0
Qollar: Yadin Luqasi, 18. İlkin Qırtımov, 52-öz qapısına. Aleksandr Ramalinqom, 60-pen.
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 13:00.
“Araz-Naxçıvan” – “Sabah” 2:0
Qollar: Boyan Letiç, 40-öz qapısına. Turan Manafov, 71.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Dalğa Arena”, 15:00.
16 dekabr
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 18:00.
18 dekabr
“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.


