Premyer Liqa: “Qarabağ” evdə uduzmadığı “Sabah”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Cari mövsümə çox pis başlamış “Qəbələ” səfərdə “Turan Tovuz”la üz-üzə gələcək. Bu komandaların indiyə qədər baş tutmuş 4 oyununda meydan sahibi olan komanda qələbə qazanmayıb. “Turan Tovuz”un ev oyunlarında eyni sayda – 2 qol vurulub. Tərəflərin əvvəlki oyunlarda hərəyə 1 qələbəsi varsa, digər 2 oyun heç-heçə bitib.

Turun qapanış matçında isə son çempion “Qarabağ” ötən mövsümkü əsas rəqibi “Sabah”ı sınağı çəkəcək. “Qarabağ” bu rəqibə qarşı keçirdiyi son üç görüşdə qələbə qazanmayıb. “Sabah” isə Ağdam klubuna səfərdə qalib gəlməyib. “Bayquşlar” “atlılar”la yubiley (20-ci) matçında ilk imza atmağa çalışacaqlar.

Premyer Liqa
1-ci tur
15 sentyabr

“Zirə” – “Sumqayıt” 1:0
Qol: Məqsəd İsayev, 45+1.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

16 sentyabr

“Kəpəz” – “Səbail” 0:3
Qollar: Yusif Nəbiyev, 2. Valdemar Almeyda, 16. Aleksandr Ramalinqom, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “Neftçi” 1:0
Qol: Orxan Əliyev, 81-pen.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Dalğa Arena”, 18:00.

17 sentyabr

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: