Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”a yenə xal vermədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.

Son çempion, mövsümə məğlubiyyətlə başlamış “Qarabağ” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Ağdam təmsilçisi ilk turda “Zirə”yə məğlubiyyəti bu oyundakı darmadağınla unutdurub. Qurban Qurbanovun yetirmələri Tovuz təmsilçisini 3 cavabsız qolla məğlub ediblər.

Xatırladaq ki, “Qarabağ” ötən mövsüm də “Turan Tovuz”a qarşı keçirdiyi bütün oyunlarından qalib ayrılmışdı. Tovuz klubu hələ Ağdam təmsilçisindən indiyə qədər xal ala bilməyib.

Bu gün keçirilməli olan “Sumqayıt” – “Sabah” oyunu isə təxirə salınıb. Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” Serbiya “Partizan”ı ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.

Xatırladaq ki, turun ilk oyun günündə “Araz-Naxçıvan” “Qəbələ”yə 2:0, “Zirə” isə “Kəpəz”ə 1:0 hesabıyla qalib gəlmişdi. “Neftçi” – “Səbail” oyunu isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
2-ci tur
13 avqust

“Qarabağ” – “Turan Tovuz” 3:0
Qollar: Olavio Juninyo, 30. Abdullah Zubir, 66. Adama Diakabi, 69.
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
“Azersun Arena”.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruz Marakvelidze, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: