Premyer Liqa: “Qarabağ” xal vermədiyi “Turan Tovuz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turunun daha bir oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, əslində ikinci oyun günündə də iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin “Sabah”ın “Sumqayıt”la oyunu Avropa Konfrans Liqasındakı Serbiya “Partizan”ı ilə görüşü daha yaxşı hazırlaşması üçün təxirə salınıb.

Günün yeganə matçında son çempion “Qarabağ” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. İlk turda “Zirə”yə məğlub olmuş (0:1) Ağdam təmsilçisi bu dəfə azarkeşlərini 3 xalla sevindirməyə çalışacaq. “Turan Tovuz” isə ilk turda “Araz Naxçıvan”a 3:0 hesabıyla qalib gəlmişdi.

“Qarabağ” “Turan Tovuz”a qarşı indiyə qədər keçirdiyi 4 oyunun hamısından qalib ayrılıb. Top fərqi də ağdamlıların xeyrinədir – 11:3. “Qarabağ” evdəki matçlarda bu rəqibinə üç qol vurub.

Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust

“Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qollar: İsmail Azzaui, 17. Elvis Maşike, 83.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “Dalğa Arena”, 18:30.

“Zirə” – “Kəpəz” 1:0
Qol: Qismət Alıyev, 64.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu, 21:00.

13 avqust

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azərsun Arena”, 18:30.

14 avqust

“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: