Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turuna start veriləcək.
Arena.az xəbər verir ki, ikinci dövrənin ilk turunun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyunu Tovuzda keçiriləcək. Burada yerli “Turan Tovuz” son çempion “Qarabağ”la üz-üzə gələcək. Ağdam klubu indiyə qədər xal belə vermədiyi bu rəqibinə növbəti dəfə qalib gəlməyə çalışacaq. Tovuz təmsilçisi isə doğma azarkeşlərinin gözü önündə ölkə futbolunun son illərdəki nəhəngi ilə duellərdəki uğursuz gedişata son qoymağa cəhd edəcək. “Qarabağ” hazırda 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıbsa, “Turan Tovuz” 11 xalla 6-cıdır.
Günün digər matçı mövsümün sürpriz komandalarından birinə çevrilən “Səbail”lə “Neftçi” arasında baş tutacaq. “Bayıl Arena”dakı qarşılaşmada qələbə daha çox “Neftçi”yə lazımdır desək, yanılmarıq. Çünki növbəti məğlubiyyət və ya xal itkisi “ağ-qaralar”ı zirvə yarışından daha da uzaq salacaq. “Dənizçilər” isə qələbə qazanmaqla liderlərin xal itirməsi durumunda daha da önə keçmək şansına malikdirlər.
“Səbail”lə “Neftçi” indiyə qədər 24 oyunda üz-üzə gəliblər. “Dənizçilər” bu görüşlərdə cəmi 2 qələbə qazanıblar. 5 oyun heç-heçə bitibsə, “Neftçi” 17 dəfə 3 xala sevinib. “Ağ-qaralar” son 14 oyunda qol vurublar. “Səbail” son 10 ev matçında qalib gəlməyib.
Premyer Liqa
10-cu tur
20 oktyabr
“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 18:30.
“Səbail” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 20:30.
21 oktyabr
“Kəpəz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
“Sabah” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 18:00.
22 oktyabr
“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 16:30.