Premyer Liqa: “Səbail” üçün zirvəyə şərik olmaq fürsəti

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında lider “Zirə” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. “Dənizçilər” bu oyunda qalib gəlməklə həm “Zirə”yə, həm də müvafiq olaraq zirvəyə şərik olmaq şansına malikdirlər. Bu üzdən tərəflərin ifasında maraqlı oyun izləyəcəyimiz şübhəsizdir.

Bu komandalar indiyə qədər 24 oyunda üz-üzə gəliblər. Keçmiş oyunlarda zirəlilərin aşkar üstünlüyü var – 16 qələbə. Qalan oyunlarda 4 heç-heçə qeydə alınıbsa, 4 oyunda da “Səbail” qalib gəlib. “Səbail” son üç oyunda bu rəqibinə qol vurub. Amma “Zirə” son 5 ev matçında qalib gəlib.

Günün digər oyunu “Turan Tovuz”la “Kəpəz” arasında baş tutacaq. Qərb derbisində qazanılacaq qələbə tovuzluları liderlər qrupuna yaxınlaşdırmış olacaq. Gəncə təmsilçisi isə 3 xal qazana bilsə, sonuncu pillədən qurtulacaq.

“Turan Tovuz”la “Kəpəz” indiyə qədər 5 oyunda qarşılaşıblar. 3 oyunda tovuzlular qalib gəliblər, 1 oyunda isə gəncəlilər 3 xalı bayram ediblər. Əvvəlki oyunlarda qol vuran komanda qalib gəlib. “Turan Tovuz” evdəki oyunlarında 2 cavabsız qolla qələbə qazanıb.

Premyer Liqa
11-ci tur
28 oktyabr

“Zirə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İK stadionu, 16:00.

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 19:00.

29 oktyabr

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena”, 16:00.

“Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 18:30.

30 oktyabr

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: