Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun sonuncu oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı “Sabah”la “Səbail” arasında olacaq. Bu oyunda “Sabah”ın şansları yüksək qiymətləndirilir. Bu komandalar daha öncə 20 oyunda üz-üzə gəliblər. “Sabah” bu oyunlarda 9, “Səbail” 6 qələbə qazanıb, yerdə qalan 5 görüşdə isə heç-heçə qeydə alınıb. Son 4 görüşdə ən azı 2 qol vurulub. “Sabah” evdəki son üç matçda qol buaxmayıb.
Turun qapanış matçında isə “Neftçi” “Turan Tovuz”la qarşılaşacaq. Bakı və Tovuz klubları buna qədər 5 oyunda üz-üzə gəliblər. “Ağ-qaralar” 3 qələbə qazandıqları bu görüşlərdə 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüblər. Bu iki kollektivin görüşlərində bir qayda olaraq qol vuran komanda qələbə qazanıb. “Neftçi” evdə qol buraxmayıb.
Premyer Liqa
16-cı tur
8 dekabr
“Sumqayıt” – “Qarabağ” 1:6
Qollar: Erik Sorqa, 43 – Leandro Andrade, 21; 73. Olavio Juninyo, 29. Abdullah Zubir, 33. Yassin Benzya, 58. Hamidu Keyta, 86.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Sumqayıt Arena”, 19:30.
9 dekabr
“Qəbələ” – “Kəpəz” 0:3
Qollar: Georgi Papunaşvili, 6; 72. Adama Niane, 70.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu, 15:00.
“Zirə” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
10 dekabr
“Sabah” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”, 15:00.
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”, 18:00.


