Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Cari mövsümün əvvəlində o qədər də inamlı görünməyən “Sabah” doğma meydanda “Turan Tovuz”u sınağa çəkib. Ötən mövsümün gümüş mükafatçısı bu görüşdə böyük məğlub olub.
5-ci tur çərçivəsində sabah “Qəbələ” “Zirə”i, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək. “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” qarşılaşmaları isə bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
5-ci tur
1 sentyabr
“Sabah” – “Turan Tovuz” 0:3
Qollar: Roderk Miller, 19. Şəhriyar Əliyev, 56. Belaydi Pusi, 79.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 12. Vensan Till.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22., Seymur Məmmədov, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 60. Səbayıl Bağırov, 8. Piruz Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.


