Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci görüşü Tovuzda baş tutub.
Burada “Turan Tovuz”la “Sumqayıt” komandaları üz-üzə gəliblər. Qarşılaşma qonaqlar üçün daha yaxşı başlayıb. İlk yarıda iki qol vurmağa nail olan sumqayıtlılar böyük üstünlük qazanıblar. Amma fasilədən sonra tovuzlular məğlubiyyətdən xilas olmağı bacarıblar. Beləcə, dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, turun açılış matçında – “Araz-Naxçıvan”la “Səbail” arasındakı oyun da bərabərliklə başa çatmışdı – 1:1. Bu turun “Kəpəz” – “Sabah” və “Neftçi” – “Zirə” oyunları sabah keçiriləcək. Tura dekabrın 4-də keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Premyer Liqa
15-ci tur
2 dekabr
“Turan Tovuz” – “Sumqayıt” 2:2
Qollar: Luis Paçu, 49. Otto Con, 54 – Elvin Bədəlov, 6. Erik Sorqa, 38.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Tovuz şəhər stadionu, 18:30.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov.


