Premyer Liqa: Tovuz və Sumqayıtda ilin son matçları

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Tovuz təmsilçisi doğma meydanda baş tutacaq ilin son matçından qələbə ilə ayrılmağa çalışacaq. Bu komanda ötən tur “Zirə”ni də bu arenada məğlub etmişdi. “Araz-Naxçıvan” isə son turda “Sabah”a qalib gəlib və həmin uğurun davamını gətirməyə ümid edir. Bu komandaların indiyəqədərki yeganə qarşılaşması bu mövsümün ilk dövrəsinə təsadüf edib və Tovuz təmsilçisinin səfər qələbəsiylə yekunlaşıb – 3:0.

Digər qarşılaşma isə “Sumqayıt”la “Səbail” arasında olacaq. Bu komandalar indiyə qədər 23 oyunda üz-üzə gəliblər və cəmi 3 heç-heçə ilə kifayətləniblər. Qalan oyunlarda sumqayıtlılar 12, bakılılar 8 qələbə qazanıblar. “Sumqayıt” son 4 matçı qolsuz tərk etməyib. Son üç görüşdə qonaq komanda qalib gəlib. “Səbail” qalib gəlsə, ili 2-ci pillədə başa vura bilər. “Sumqayıt” qalib gələcəyi halda isə xalını bu rəqibi ilə bərabərləşdirəcək.

Premyer Liqa
18-ci tur
22 dekabr

“Qəbələ” – “Sabah” 1:0
Qol: Murad Musayev, 45+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu. 16:00.

23 dekabr

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübarizə Hüseynov.
Tovuz şəhər stadionu. 16:00.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena”. 18:30.

24 dekabr

“Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi Arena”. 16:00.

“Zirə” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu. 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: