Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Tovuzda baş tutub. Burada “Turan Tovuz” özündən fərqli uğurlu mövsüm keçirən “Zirə” ilə üz-üzə gəlib. Bu, sözügedən komandaların 6-cı görüşü olub. Əvvəlki 5 oyunda tovuzlular 1, zirəlilər 4 qələbə qazanmışdılar. “Zirə” bütün oyunlarda qol vurmuşdusa, “Turan Tovuz” evdə xal qazana bilməmişdi.
Xaldan söz düşmüşkən, Tovuz təmsilçisi bu mövsüm topladığı 16 xalla hazırda 8-ci pillədə qərarlaşmışdı. “Zirə” isə 29 xalla ikinci idi. Lakin Rəşad Sadıqovun çalışdırdığı kollektiv son üç turda (2 heç-heçə, 1 məğlubiyyət) qələbəyə həsrət idi. “Turan Tovuz” isə 5 oyundur qələbə qazana bilmirdi. Bu turlarda cəmi 1 heç-heçəsi olan Ayxan Abbasovun komandası 4 dəfə də məğlubiyyətə üzülmüşdü.
Bu dəfə isə Tovuz təmsilçisi nəhayət ki, uğursuz gedişata son qoymağı bacarıb. Meydan sahibləri minimal hesabla 3 xal qazanıblar.
Premyer Liqa
17-ci tur
16 dekabr
“Turan Tovuz” – “Zirə” 1:0
Qol: Fərid Nəbiyev, 76.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 18:00.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 9. Belaydi Pusi, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrilla, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.


