Premyer Liqa: “Turan Tovuz” “Qarabağ”a 3 qol vursa da…

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına start veriib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Çempionluğu hələ bir neçə tur öncə təmin etmiş “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”u qəbul edib. Oyunun hər iki komanda üçün formal xarakter daşıdığını desək, yanılmarıq. Tərəflər sadəcə xal ehtiyatlarını zənginləşdirmək üçün meydana çıxmışdılar. Çünki avrokuboklar şansını itirən “Turan Tovuz” üçün də cari mövsümdə heç bir ciddi hədəf qalmayıb. Hazırda bu komanda 45 xalla 6-cı pillədə qərarlaşıb. Lider “Qarabağ”ın hesabında isə 79 xal vardı.

“Qarabağ” “Turan Tovuz”la çempionatda daha öncə 7 dəfə qarşılaşılaşmışdı. Bu oyunlarda Ağdam təmsilçisi 6 qələbə qazanmışdısa, cəmi 1 oyun heç-heçə yekunlaşmışdı. Bu üzdən Tovuz təmsilçisi tarixində ilk dəfə iddialı rəqibinə qalib gəlməyi hədəfləmişdi. “Qarabağ” bütün matçlarda iki və ya daha çox qol vurmuşdu. “Turan Tovuz” səfərdə xal da qazanmamışdı.

Elə bu dəfə də yekun nəticə “Qarabağ”ın xeyrinə olub. Tovuz təmsilçisi rəqibinə 3 qol vursa da, buraxdığı 4 qol xalsız qalmasına səbəb olub.

36-cı turun qalan oyunları mayın 18-də və 19-da keçiriləcək. Mükafatlar uğrunda mübarizə aparan komandaların görüşləri eyni gündə və saatda baş tutacaq.

Premyer Liqa
35-ci tur
17 may

“Qarabağ” – “Turan Tovuz” 4:3
Qollar: Olavio Juninyo, 19. Leandro Andrade, 69; 90. Mateus Silva, 75 – Emmanuel Hakman, 48; 85. Luis Paçu, 53.
Hakimlər: Cavid Cəlilov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 7. Luis Paçu, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.