Premyer Liqa: “Turan Tovuz” “Səbail”i qəbul edir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçı Tovuzda keçiriləcək. Burada “Turan Tovuz” “Səbail”i qəbul edəcək. Oyunu Rauf Allahverdiyevin rəhbərlik etdiyi hakimlər idarə edəcəklər.

Xatırladaq ki, “Turan Tovuz” indiyə qədər “Səbail”lə 6 oyun keçirib. Bu oyunlarda Tovuz təmsilçisi 1, paytaxt klubu 2 qələbə qazanıb, üç oyun isə bərabərliklə yekunlaşıb. “Səbail” 5 görüşdür bu rəqibinə uduzmur. “Turan Tovuz” isə bütün qarşılaşmalarda qol vurub.

Cari mövümdə “Səbail” 19 oyuna 27 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Turan Tovuz” isə 22 xalla 8-cidir.

Premyer Liqa
20-ci tur
26 yanvar

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:00.

27 yanvar

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 15:00.

“Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

28 yanvar

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Dalğa Arena”, 15:00.

“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: