Premyer Liqa: “Turan Tovuz” “Zirə”yə də uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada “Turan Tovuz” “Zirə”ni sınağa çəkib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların dueli maraqla gözlənilirdi. Hər iki komanda son oyunundan məğlubiyyətlə ayrılmışdı. Xüsusilə Tovuz təmsilçisi ardıcıl 2 oyun idi xala həsrət idi. “Zirə” bu oyundan öncə 49 xalla 4-cü, “Turan Tovuz” isə 42 xalla 7-ci sırada qərarlaşmışdı.

“Turan Tovuz”la “Zirə” bu günə qədər çempionatda 7 oyunda qarşılaşmışdılar. Bu görüşlərdə bir heç-heçə qeydə alınmışdı, tovuzlular iki, zirəlilər dörd qələbə qazanmışdılar. “Turan Tovuz” son 4 matçda qol vurmuşdu. “Zirə” son iki oyunda qalib gəlməmişdi.

Bu oyunda isə sevinən tərəf “Zirə” olub. Nəticədə paytaxt təmsilçisi 52 xalla turnir cədvəlində 2-ci sıraya yüksəlib. “Turan Tovuz” isə ardıcıl üçüncü məğlubiyyətin ayrından 7-ci pillədə qalıb.

Premyer Liqa
33-cü tur
5 may

“Turan Tovuz” – “Zirə” 1:2
Qollar: Fərid Nəbiyev, 52 – Salifu Suma, 14. Sezar Meza Kolli, 70.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Tovuz şəhər stadionu, 16:30.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 9. Belaydi Pusi, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: