Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Sumqayıt” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Bu komandalar indiyə qədər 4 oyunda üz-üzə gəliblər ki, onlardan ikisində “Sumqayıt” qalib gəlib. Qalan oyunlardan birində heç-heçə qeydə alınıbsa, digərində Tovuz təmsilçisi qələbə qazanıb. “Sumqayıt” bu rəqibinə evdə uduzmayıb. Amma “Turan Tovuz” son üç oyunu qolsuz tərk etməyib.
Günün digər matçı lider “Zirə” ilə “Neftçi” arasında baş tutacaq. Buna qədər keçirilmiş 30 oyunda “Neftçi” 10, “Zirə” isə 12 qələbə sevinci yaşayıb. 8 oyunda da qalib müəyyənləşməyib. “Neftçi” 4 oyundur “Zirə”yə uduzmur.
Premyer Liqa
7-ci tur
23 sentyabr
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”, 18:00.
“Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə OİK stadionu, 20:30.
24 sentyabr
“Sabah” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.
“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Bayıl Arena”, 19:30.
25 sentyabr
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 19:00.


