Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
“Zirə” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Bu komandalar daha öncə 6 oyunda üz-üzə gəliblər. “Zirə” əvvəlki oyunlarda 4, “Turan Tovuz” 2 qələbə qazanıb. Bir sözlə, tərəflər heç vaxt heç-heçə oynamayıblar. Bakıdakı oyunlarda hər iki komanda qol vurub. “Turan Tovuz” son üç matçı qol vurmadan tərk etməyib.
Son iki turda ardıcıl heç-heçə edən Tovuz təmsilçisi Zirədə qələbə qazana bilsə, bu rəqibi ilə xal fərqini 1-ə endirib, qonşusuna çevriləcək. “Zirə” isə ardıcıl ikinci qələbəsini qazana bilsə, turnir cədvəlində 2-ci sıraya yüksələcək.
Günün digər oyunu “Sabah”la “Araz-Naxçıvan” arasında baş tutacaq. Turnir cədvəlində qonşu olan komandaların xalları da eynidir – 31. Bir sözlə, bu komandalar 6 xallıq görüşə çıxacaqlar. Hər iki komanda son turda uduzduğu üçün, indi həmin uğursuzluğu unutdurmağa çalışacaq.
“Sabah”la “Araz-Naxçıvan” daha öncə 2 oyun keçiriblər. Həmin oyunlardan biri heç-heçə bitibsə, digərində Naxçıvan təmsilçisi qalib gəlib. “Sabah” qələbə qazanmayıb. “Araz-Naxçıvan” hər iki oyunda qol vurub.
Premyer Liqa
25-ci tur
1 mart
“Sumqayıt” – “Kəpəz” 1:3
Qollar: İsa Suliman, 80 – Vüsal Məsimov, 20. Mate Kvirkviya, 63. Rüfət Əhmədov, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
2 mart
“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Masazır Arena”, 18:30.
3 mart
“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 16:00.
“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 19:00.


