Premyer Liqanın ötən mövsümü Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu göstəricidə rekordçu olan Rahid Əmirquliyev üstünlüyünü daha da artırıb.
İlk 6 yerin sahibi dəyişməyib. Elvin Məmmədov “Top-10”dakı mövqeyini yaxşılaşdırıb. O, 7-ci sıraya yüksəlib.
İki futbolçu isə “onluğ”a daxil olub. Asif Məmmədovla Vurğun Hüseynov “Top-10”a qoşulub.
- Rahid Əmirquliyev – 451
- Mahmud Qurbanov – 421
- Rəşad Sadiqov – 392
- Azər Məmmədov – 388
- Aslan Kərimov – 382
- Rəşad Abdullayev – 378
- Elvin Məmmədov – 376
- Asif Məmmədov – 373
- Aqil Məmmədov – 363
- Vurğun Hüseynov – 362
Xatırladaq ki, bu siyahıda yer alanlardan Rahid Əmirquliyev bu yay karyerasını başa vurdu və onun göstəricisi dəyişməz olaraq qalacaq. Klubsuz olan Elvin Məmmədovun aqibəti hələ bilinmir. Vurğun Hüseynov isə Premyer Liqanın növbəti mövsümünü “Kəpəz”də keçirəcək və siyahıda irəliləmək şansına malikdir.


