Futbol üzrə Türkiyə kubokunda 2022/2023 mövsümünün 1/4 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.
Günün yeganə matçında “Qalatasaray” “Başakşəhər”i qəbul edib. Beş qolun qeydə alındığı İstanbul derbisinin yekununda “sarı-qırmızılar” mübarizəni dayandırmaq məcburiyyətində qalıblar.
Xatırladaq ki, bir gün öncə Türkiyə Super Liqasının sonuncu qalibi olan “Trabzonspor” da “Ankaragücü” ilə qarşılaşmada uduzaraq mübarizəni dayandırmışdı.
Beləliklə, “Ankaragücü” yarımfinalda məhz “Başakşəhər”lə üz-üzə gələcək.
Türkiyə kubokunda sonuncu yarımfinalçının adına sabah baş tutacaq “Fənərbaxça” – “Kayserispor” matçında aydınlıq gələcək. Bu cütün qalibi isə “Sivasspor”la üz-üzə gələcək. Hansı ki, sözügedən komanda oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsüm oynamaqdan imtina etməsi səbəb olub.
Türkiyə kuboku
1/4 final
4 aprel
Sivasspor – Qaziantep +:-
Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.
5 aprel
Qalatasaray – Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.
6 aprel
21:30. Fənərbaxça – Kayserispor


