“Qarabağ” “Kopenhagen”ə 0:5 hesabıyla uduzdu

“Qarabağ” klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gəlib.

“Azərsun Arena”da təşkil olunmuş oyun Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. “Qarabağ” bu oyunda da böyük hesabla məğlub olub. Qonaqlar ilk hissədə 3 qol (20, 22 və 28-ci dəqiqələrdə) vurublar. 63-cü və 79-cu dəqiqələrdə fərqlənməklə daha 2 qol vurmuş Danimarka təmsilçisi yekunda 5:0 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Ağdam klubunun U-19 komandası ilk turda səfərdə Portuqaliyanın “Benfika” komandasına da 1:7 hesabı ilə uduzmuşdu. “Kopenhagen” isə evdə Almaniya təmsilçisi “Bayer”ə məğlub olmuşu – 0:2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: