Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunun sağ cinah müdafiəçisi Mateus Silva “Qarabağ”a havayı başa gəlməyib.
Arena.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu onun transferi üçün Plovdiv təmsilçisinə təzminat ödəməli olub.
“Qarabağ”ın bu transferə görə 350 min avrosundan keçdiyi bildirilir.
Xatırladaq ki, 25 yaşlı müdafiəçi ilə Ağdam klubu arasında 2+2 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Mateus Silva “Lokomotiv”ə ötən ilin yayında Portuqaliyanın “Moreyrense” klubundan keçib. O, Plovdiv təmsilçisində 38 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi daha öncə “Moreyrense”dən (25 oyun) başqa “Paysandu” (23 oyun) və “Farense” (19 oyun, 3 assist) kimi klubların da formasını geyinib.


