“Qarabağ” üçün İspaniya, “Sabah” üçün Fransa sınağı

“Qarabağ” və “Sabah” klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasının 2025/2026 mövsümündə növbəti matçlarına çıxacaqlar.

Arena.az xəbər veri rki, Ağdam təmsilçisi bu turnirin əsas mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzmuş “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası isə 35-cidir.

Xatırladaq ki, Ağdam təmsilçisinin U-19 komandası daha öncə keçirdiyi oyunlarda “Benfika”ya səfərdə 1:7, Danimarkanın “Kopenhagen” kollektivinə isə Bakıda 0:5 hesabıyla uduzub.

“Sabah” isə turnirin 2-ci təsnifat mərhələsinin ilk matçında Fransada “Nant”ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: