“Qarabağ”ın ÇL qazancı – 60 milyon manat!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin indiyə qədər əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb. Bu mənada, “köhlən atlar” “Yunion” (Belçika), “Pafos” (Kipr) və “Kayrat” (Qazaxıstan) kollektivlərini üstələyib.

Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.

Xatırladaq ki, “Qarabağ” ÇL-in Liqa mərhələsində “Benfika”ya (Portuqaliya) 3:2, “Kopenhagen”ə (Danimarka) 2:0 hesabıyla qalib gəlib. “Çelsi” (İngiltərə) 2:2 hesablı heç-heçəyə razılaşmış Azərbaycan çempionu “Atletik”ə (İspaniya) 1:3, “Napoli”yə (İtaliya) 0:2 hesabıyla uduzub.

Xəbəri sosial şəbəkələrdə paylaş: