“Qarabağ”ın sabiq futbolçusu Bolqarıstan klubunda

“Qarabağ”ın sabiq futbolçusu Faysal Rerras özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Mərakeşin “Muludia Ucda” klubundan ayrılaraq Bolqarıstanın “Levski” (Sofiya) komandasına keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Mərakeş əsilli belçikalı oyunçu ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Faysal Rerras 2019/2020 mövsümündə “Qarabağ”ın uğurları üçün çalışıb. Həmin mövsümün sonunda Ağdam klubundan ayrılan sol cinah müdafiəçisi “Muludia Ucda” ilə müqavilə imzalamışdı.