“Qarabağ”ın U-19 komandası “Kopenhagen”lə üz-üzə

“Qarabağ” klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gələcək.

“Azərsun Arena”da təşkil olunacaq oyuna saat 14:00-da start veriləcək.

Xatırladaq ki, Ağdam klubunun U-19 komandası ilk turda səfərdə Portuqaliyanın “Benfika” komandasına 1:7 hesabı ilə uduzub. “Kopenhagen” isə evdə Almaniya təmsilçisi “Bayer”ə məğlub olub – 0:2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: