Qvardiola ÇL-də “Real”la oyunlardan gözləntilərini paylaşdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real”la Çempionlar Liqasının 1/4 final oyunlarından gözləntilərini paylaşıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İki il əvvəl “Real” bizi son dəqiqələrdə yarışdan kənarlaşdırdı, keçən il isə biz qalib gəldik. Komandaların məşqçiləri eyni olsa da, yeni futbolçular meydana çıxıblar. Azacıq üstünlüyümüz var ki, cavab oyununu evdə keçirəcəyik, burada özümüzü daha güclü və inamlı hiss edirik, amma İspaniyada da 90 dəqiqə oynamalıyıq.

“Real” bizə qarşı güclü təzyiq göstərəcək və aqressiv oynayacaq. Onların inanılmaz oyun nəbzi var. Eyni zamanda, onların səhvlərini tutmağa və qol vurmaq üçün burada olduğumuzu göstərməyə çalışmalıyıq. “Real” bir çox baxışlarda oyuna nəzarət edə bilər, amma biz öz oyunumuzu göstərməliyik”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının cari çempionudur. Ötən yarışın yarımfinalında Xosep Qvardiolanın rəhbərlik etdiyi “şəhərlilər” “Real”ı ümumi hesabda 5:1 hesabı ilə məğlub edərək yarışın finala vəsiqə qazanmışdılar. Səfərdə baş tutan oyunda qalib müəyyənləşməmişdisə (1:1), Mançester təmsilçisi evdə 4:0 hesabıyla üstün olmuşdu. Finalda isə “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.

UEFA Çempionlar Liqasının 2021/2022 mövsümündə isə “Real” 1/4 final mərhələsində “Mançester Siti”ni ümumi hesabda 6:5 hesabı (səfərdə: 3:4, evdə: 3:1) ilə məğlub edərək, sonda çempionluğu bayram etmişdi. “Real”ın Madriddə ümumi hesabı öz xeyrinə həll etdiyi cavab oyunu dramatikliyi ilə yadda qalmışdı. Həmin oyunda “kral klubu” əsas vaxtın son saniyəlrində əzmkarlıqla oyunda geri dönüş etmiş, əlavə vaxta isə oyunun taleyini öz xeyrinə həll edə bilmişdi – 3:1.

“Mançester Siti” ilə “Real” arasında ilk oyun aprelin 9-da Madriddə keçiriləcək. Cavab oyunu isə aprelin 17-də Mançesterdə baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: