Rəhman Hacıyev “Neftçi”də 200-cü oyununa çıxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turu “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Araz-Naxçıvan”la ev oyunu 30 yaşlı futbolçu üçün yubileylə yadda qalıb.

Təcrübəli oyunçu paytaxt klubunda 200-cü oyununu keçirib. Bu münasibətlə “Araz-Naxçıvan”la oyundan öncə klubun baş icraçı direktoru Fərrux Mahmudov yarımmüdafiəçini təbrik edib. Ona xüsusi forma hədiyyə olunub.

Xatırladaq ki, Rəhman Hacıyev 2015-ci ildən “Neftçi”də çıxış edir. O, bir müddət “Keşlə”də (indiki “Şamaxı”) icarədə olsa da, yenidən paytaxt klubuna qayıdıb. Yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində keçirdiyi 200 oyunda 20 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.

Rəhman karyerası ərzində “Şamaxı” (53 oyun, 11 qol, 7 asist), “Bakı” (43 oyun, 2 qol), “Sumqayıt” (18 oyun, 3 qol) və “Qaziantep”də (8 oyun, 1 qol) də oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: