“Real” La Liqa tarixində möhtəşəm nailiyyət əldə etdi

İspaniya La Liqasının 21-ci turu çərçivəsində doğma meydanda “Almeriya” üzərində 3:2 hesablı əzmkar qələbə “Real” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində Madrid klubu La Liqa çərçivəsində doğma stadionu “Santyaqo Bernabeu”da 1000-ci qələbəsini rəsmiləşdirib.

İspaniya La Liqası tarixində bu, bir ilkdir. “Kral klubu”ndan savayı hələ heç bir klub La Liqada bu rəqəmə yaxın belə, düşə bilməyib.

Müqayisə üçün bildirək ki, “Valensiya”nın “Mestalya”da 906 qələbəsi, “Barselona”nın isə “Kamp Nou”da 889 qələbəsi var.

Hazırda “Real” İspaniya La Liqasında keçirdiyi 20 oyundan 51 xalla turnir cədvəlinin 2-ci pilləsində potensial lider statusundadır. La Liqaya 21 oyundan 52 xalla müvəqqəti olaraq “Jirona” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: