Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə də 9 qarşılaşma baş tutub.
Günün maraqlı qarşılaşmalarından biri İngiltərədə keçirilib. “Liverpul” doğma meydanda İspaniya nəhəngi “Real”ı qəbul edib. “Qırmızılar” doğma meydanda inamlı qələbəyə seviniblər. “Yuventus” (İtaliya) isə səfərdə “Aston Villa”nın (İngiltərə) qonağı olub. Bu oyun qolsuz yekunlaşıb. Almaniya təmsilçisi “Borussiya” səfərdə Xorvatiya çempionu “Dinamo”nu böyük hesabla yenib.
UEFA Çempionlar Liqasında 6-cı turun görüşləri dekabrın 10-da və 11-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr
“Srvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya) 5:1
Qollar: Silas, 12. Kruniç, 31. İvaniç, 65. Radonyiç, 69; 88 – Demiroviç, 5.
“Şturm” (Avstriya) – “Jirona” (İspaniya) 1:0
Qol: Byeret, 59.
“Liverpul” (İngiltərə) – “Real” (İspaniya) 2:0
Qollar: Makallister, 52. Qakpo, 77.
PSV (Niderland) – “Şaxtyor” (Donetsk, Ukrayna) 3:2
Qollar: Tillman, 87; 90. Pepi, 90+5 – Sikan, 8. Zubkov, 37.
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qollar: Gittens, 41. Bensebaini, 56. Girassi, 90.
“Seltik” (Şotlandiya) – “Brügge” (Belçika) 1:1
Qollar: Maeda, 60 – Karter, 26-öz qapısına.
“Monako” (Fransa) – “Benfika” (Portuqaliya) 2:3
Qollar: Ben Seqir, 13. Maqassa, 67 – Pavlidis, 48. Kabral, 84. Amduni, 88.
“Aston Villa” (İngiltərə) – “Yuventus” (İtaliya) 0:0
“Bolonya” (İtaliya) – “Lill” (Fransa) 1:2
Qollar: Lukumi, 63 – Mukau, 44; 66.