“Real”ın ən ödənişli futbolçularının onluğu açıqlandı

Futbolçuların maaşlarını, müqavilələrini, klubların maliyyə hesablarını araşdıran “Capology” dərgisi “Real” üzrə hesabatını təqdim edib.

Arena.az məlumat verir ki, dərgi İspaniya nəhənginin ən ödənişli futbolçularının onluğunu açıqlayıb.

Siyahının zirvəsində “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappe qərarlaşıb. Fransalı futbolçunun maaşı ildə 31,2 milyon avro məbləğ təşkil edir.

“Real”ın ən ödənişli futbolçularının onluğunu təqdim edirik:

  1. Kilian Mbappe – 31,2 milyon avro;
  2. David Alaba – 22,5 milyon avro;
  3. Cud Bellingem – 20,8 milyon avro;
  4. Vinisius Junior – 20,8 milyon avro;
  5. Federiko Valverde – 16,6 milyon avro;
  6. Tibo Kurtua – 15 milyon avro;
  7. Antonio Rüdiger – 14,5 milyon avro;
  8. Eder Militao – 14,5 milyon avro;
  9. Orelyen Tçuameni – 12,5 milyon avro;
  10. Eduardu Kamavinqa – 12,5 milyon avro.
Xəbəri sosial şəbəkələrdə paylaş: