Bu gün AFFA-nın inzibati binasında Region Liqasının 2021/2022-ci illər mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, Region Liqasının oyunları 5 regionu əhatə edəcək – Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-Qərb və Qərb və Naxçıvan Muxtar Respublikası.
Liqanın oyunlarına oktyabrın 30-da və 31-də start veriləcək.
Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal regionu
Komandalar:
A qrupu
Şirvanovka (Qusar)
Qusar
Dirçəliş
İsgəndər Cavadov BFA
B qrupu
Şahdağ (Quba)
İrəvan
Davam
Cəbrayıl
Mübariz
1-ci turun oyunları
A qrupu
Şirvanovka – Dirçəliş
Qusar – İsgəndər Cavadov BFA
B qrupu
Şahdağ (Quba) – İrəvan
Davam – Cəbrayıl
Mərkəz regionu
Komandalar:
Mil
Ağsu Siti
Araz (Saatlı)
İmişli
Füzuli
İsmayıllı
1-ci turun oyunları
İmişli – Mil
Araz (Saatlı) – Ağsu Siti
İsmayıllı – Füzuli
Cənub regionu
Komandalar:
Ümid (Cəlilabad)
Astara
Ərkivan (Masallı)
Qobustan
Xan Lənkəran
1-ci turun oyunları
Astara – Xan Lənkəran
Ərkivan (Masallı) – Qobustan
Şimal – Qərb və Qərb regionu
Komandalar:
Energetik
Göyəzən
Qoşqar UGİM-2 (Gəncə)
Şəki
Gəncə
Karvan
Ağstafa
1-ci turun oyunları
Göyəzən – Şəki
Qoşqar UGİM-2 – Gəncə
Ağstafa – Karvan
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında keçiriləcək “AFFA Region Liqası”nın püşkü gələn həftə atılacaq.
Sonda onu da bildirək ki, Region Liqasının reqlamentində hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.


