Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” komandası növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, paytaxt klubu bu gün Türkiyə 1-ci Liqasının 14-cü turu çərçivəsində “Pendikspor”u qəbul edib.
Ankara təmsilçisi bu ev oyunundan xal itkisi ilə ayrılıb. Hesabı 9-cu dəqiqədə azərbaycanlı futbolçuların komandası açsa da, qonaqlar ikinci hissədə məğlubiyyətdən xilas ola biliblər – 1:1.
Dadaşov zədəli olduğu üçün bu oyunda iştirak etməyib. Onunla yanaşı, Nəzərov da 20 nəfərlik heyətdən kənarda qalıb.
“Ankaragücü” bu nəticədən sonra 20 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Azərbaycanlı futbolçuların komandası keçirdiyi 13 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.