Renat Dadaşov “Qalatasaray” üzərində qələbəyə sevindi – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 12-ci turu çərçivəsində “Qalatasaray”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan 2:1 hesablı qələbə ilə ayrılıb. Qeyd edək ki, bu, son çempionun cari mövsümdəki ilk məğlubiyyətidir.

Dadaşov bu oyuna start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 12 turdan sonra 17 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 8 oyun keçirib və 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: